Xəbər lenti

Prezident İlham Əliyev ötən gün keçirilən Nazirlər Kabinetinin iclasında bir çox məsələlərə toxundu. O, həm xalqa, həm də icra hakimiyyəti orqanlarına müəyyən mesajlar verdi.

 

Bizimaz.az: Bu sözləri açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, Prezidentin bu çıxışından sonra ciddi islahatlar həyata keçiriləcək:

“Ötən ilin 11 aprelində keçirilən prezident seçkilərindən sonra çox dərin, köklü iqtisadi, siyasi və digər islahatlara start verilib. Bu sahədə bir çox işlər görülüb. Hazırda da ciddi kadr islahatları həyata keçirilir. Bir sıra nazirlər vəzifədən azad edilib, onların yerinə yeni gənc kadrlar gətirilib. Bu ilin əvvəlindən başlayaraq iqtisadi sahədə bir sıra fərmanlar, sərəncamlar verilib. Sosial layihələr həyata keçirilib və məhkəmə-hüquq sistemiylə əlaqədar çox ciddi islahatlar aparmaq üçün fərman imzalanıb. Bu istiqamətdə həyata keçirilən bir çox işləri sadalamaq olar. Hesab edirəm ki, strukturlarda da islahatların aparılmasına çox böyük ehtiyac var. Çünki Azərbaycanın istər mərkəzi icra, istərsə də yerli icra hakimiyyəti orqanlarında bir-birini təkrar edən qurumlar var. Bəzi hökumət qurumları var ki, orada mütləq struktur dəyişikliyi aparılmalıdır və ya ləğv edilməlidir. Müəyyən nazirliklər və komitələr birləşdirilməli və ya ləğv edilməlidir. Yeni struktur formalaşdırılmalıdır ki, islahatlar həyata keçirilən zaman daha çevik rol oynaya bilsinlər. Bununla yanaşı ştat cədvəllərinə baxmaq lazımdır. Bu cədvəllərdə çox artımlar var. Biz dövlət büdcəsini müzakirə edəndə bunun şahidi oluruq. Bütün bu məsələlər onu göstərir ki, struktur islahatları Azərbaycanda gedir və davam edəcək. Bu həm mərkəzi, həm də yerli icra hakimiyyəti orqanlarına şamildir”.

Millət vəkili onu da bildirib ki, Prezidentin yerli və mərkəzi icra hakimiyyəti orqanlarına verdiyi ən ciddi mesajlardan biri də investorlarla bağlıdır:

“Həm yerli, həm də xarici investorlar üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarında çox ciddi problemlər yaradılır. Azərbaycan hər bir investorun axtardığı stabil və sakit dövlətdir. Buraya investisiya qoymaq istəyənlər çox olmalıdır. Lakin müəyyən maneələr var. Bunların aradan qaldırılması üçün cənab Prezident çox ciddi tapşırıq verdi”.

Qeyd edək ki, ötən gün Prezident İlham ƏIiyev Nazirlər Kabinetinin iclasında idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac olduğunu bildirib.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov