Aprelin 29-da Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzo Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Axar.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.