Çin hökuməti ABŞ-ın İran neft idxalatçılarına qarşı təzyiqlərinə qarşı çıxır.
Bizimaz. az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan deyib.
“Biz ABŞ-ın birtərəfli addımlarına qarşıyıq. Çin hökuməti milli müəssisələrin qanuni haqlarının müdafiəsi məqsədilə aktiv konstruktiv fəaliyyət aparmaq niyyətindədir. Pekin Tehranla ticari və iqtisadi əlaqələri dəstəkləyir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə “Vaşinqton Post” qəzeti ABŞ-ın bu gün İran neftini idxal edən ölkələrə qarşı tətbiq etdiyi güzəştləri ləğv edəcəyi barədə məlumat yaymışdı.