Nazirlərin Dağlıq Qarabağ üzrə danışıqları davam etdirəcəklərinə ümid edirəm.
Bunu ABŞ-ın Azərbaycandakı səfir Örl Litzenberger ABŞ Dövlət Departamentinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona dəvətini şərh edərkən Report-a deyib.
O, görüşün tarixi barədə dəqiq məlumat verə bilməyəcəyini vurğulayaraq aprelin 15-də Moskvada Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun erməni həmkarı ilə görüşünü müsbət dəyərləndirib:
“ATƏT-in Minsk qrupu həmsədrlərinin məqsədi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün danışıqların davam etdirilməsidir“.