Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen İnin görüş yeri təhlükəsizlik məsələləri ilə əlaqədar açıqlanmır.
Bizimaz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, görüşün dəqiq zamanının açıqlanmamasının da bununla əlaqədar olduğunu deyib.
Qeyd edək ki, bundan öncə Kreml görüşün aprelin sonunda keçiriləcəyini bəyan etsə də, onun harada baş tutacağını açıqlamamışdı.