ABŞ prezidenti Donald Tramp qızı İvanka Trampa Dünya Bankının prezidenti olmağı təklif edib.
Bizimaz.az: bu barədə İvanka Tramp danışıb.
Qadınların Qlobal Müdafiəsi və Rifahı təşəbbüsləri çərçivəsində Afrikaya səfər edən İvanka “Associated Press” agentliyinə verdiyi müsahibədə atasının ona belə bir təklif etdiyini etiraf edib.
Lakin o, bu işlə maraqlanmadığını, Ağ Evdəki işindən məmnun olduğunu deyib.
Bundan başqa, ABŞ Maliyyə Nazirliyinin beynəlxalq məsələlərə cavabdeh nümayəndəsi Devid Malpassın Dünya Bankı prezidentliyinə namizəd göstəriləcəyini açıqlayıb.
/Publika.az/