Xəbər lenti

Xəbər verildiyi ki, Milli Məclisin deputatları Şahin İsmayılov, Kamran Bayramov və Sona Əliyevadan ibarət Azərbaycanın nümayəndə heyəti Parlamentlərarası İttifaqın Qətər Dövlətinin paytaxtı Doha şəhərində “Sülh, təhlükəsizlik və qanun aliliyi üzrə təhsilin səviyyəsinin artlırlımasında parlamentlərin rolu” mövzusunda keçirilən 140-cı Assambleyasında iştirak edib.

 

Modern.az xəbər verir ki, Assambleyanın son günündə nümayəndə heyətimizin üzvü Kamran Bayramov iştirakçılar qarşısında çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil səviyyəsinin artırılması, təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması üzrə görülmüş işlər və həyata keçirilən islahatlar, bu sahədə qəbul olunmuş qanunvericilik aktları barədə geniş məlumat verib. Bununla yanaşı, ölkə başçısının sərəncamları əsasında təhsilin maddi-texniki təminatının yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin görüldüyü, son 15 ildə Azərbaycan Respublikasında 3500-dən çox məktəb binalarının tikildiyi və əsaslı təmir olunduğu, nəticədə şagirdlərin təhsil şəraitinin təkmilləşdirildiyi, təhsil müəssisələrində informasiya və kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiq olunduğu barədə bəhs edilib. Eyni zamanda, regionda sülh və təhlükəsizliyin bərqərar olunmasına ciddi maneə törədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

Tədbir zamanı, həmçinin Qətərin nüfuzlu “The Peninsula” və “Al Sharq” qəzetlərinə Parlamentlərarası İttifaqın 140-cı Assambleyasında müzakirə olunan müxtəlif məsələlər, habelə Azərbaycan-Qətər münasibətləri barədə müsahibələr verilib.

 

Assambleyanın hesabat bölməsində isə Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron ötən ilki fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına hesabatını təqdim etmiş, qeyd edilən müddət ərzində iştirak etdiyi beynəlxalq tədbirlər sırasında 2018-ci ilin oktyabrında ölkəmizdə keçirlmiş VI Bakı Beynəlxalq Humanitar Forumunu xüsusilə qeyd edib. Bununla yanaşı, İttifaqın prezidenti Bakı Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşdüyünü, həmin görüşün çox faydalı olduğunu və onun üçün xoş təəssürat bağışladığını qeyd etmiş, Assambleya iştirakçılarına görüşdən olan şəkilləri nümayiş etdirib.

 

Parlamentlərarası İttifaqın 140-cı Assambleyası aprelin 10-da başa çatıb.

 

 
 
 
 
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov