Suriya böhranının həlli üçün Türkiyə ilə əməkdaşlıq etmək istəyən Rusiya YPG terrorçularından daha uzaq məsafədə qalmaq məcburiyyətindədir.
Bizimaz.az xəbər verir ki, Suriyanın şimalında dövlət qurmaq cəhdləri edən YPG/PKK ABŞ-ın himayəsində idi. Ancaq bir müddət sonra ruslarla əməkdaşlığa girmək istəyən terrorçuları Tel-Rıfatda bu ölkənin polisləri qoruyurdu.
YPG ilə əməkdaşlıq mövzusunda qətiyyətli mövqeyini ortaya qoyan Türkiyə Rusiyanın diqqətinə çatdırdı ki, bu vəziyyətdə birgə əməkdaşlıq mümkün deyil.
Prezident Rəcəb Tayyib Ərdoğan Vladimir Putin ilə görüşündə bu məsələni dilə gətirib. Zirvədən sonra Tel-Rıfat bölgəsindən rusların geri çəkildiyi xəbərləri gəlib.
Bundan sonra Türkiyə Rusiya ilə İdlibdə ortaq patrul yoxlanışları etməyə hazırlaşır.