ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.
Bizimaz.az: bu barədə Ermənistan mətbuatı informasiya yayıb.
Xəbərə görə, Kaspşik qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı Xankəndidə separatçıların rəhbəri Bako Saakyanla bir araya gəlib.
Tərəflər Azərbaycanla təmas xəttindəki son vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, bu gün Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində ATƏT növbəti monitorinqini keçirəcək.