İstanbulda 51 sandıqda səslərin təkrar sayımı davam edir.
Bizimaz.az xəbər verir ki, CHP-yə yaxınlığı ilə seçilən “Cümhuriyyət” artıq bir neçə sandığın artıq sayıldığını, nəticənin isə dəyişmədiyini yazıb.
CHP-nin İstanbul millət vəkili Əli Şəkər Ovçulardakı 1017 nömrəli sandıqda səslərin sayılmasından sonra AKP-nin 1 səsinin silindiyini bildirib.
CHP-çi Özgür Qarabat isə Bağçılar, Sarıyer və Pendikdə səslərin sayılmasından sonra nəticələri açıqlayıb:
“Səslərin sayılmasından sonra dəyişən heç bir şey yoxdur”.