Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar başlayıb.
Bizimaz.az xəbər verir ki, iki liderin görüşü Rusiya-Türkiyə Ali Əməkdaşlıq Şurasının 8-ci iclası çərçivəsində baş tutub. Məlumata görə, görüş çərçivəsində dövlət başçıları ikitərəfli münasibətləri, ticari-iqtisadi əlaqələri, Türk Axını qaz kəməri və Ağquyu atom elektrik stansiyasının tikintisini, S-400-lərin Türkiyəyə tədarükünü müzakirə edəcəklər.
Tərəflər arasında həmçinin Suriya məsələsi də müzakirə olunacaq.