Şimali Koreya lideri Kim Çen İn Rusiyaya yaz və ya yay aylarında səfər edə bilər.
Axar.az xəbər verir ki, bunu rusiyalı senator Aleksandr Başkin deyib.
O, səfər üçün hazırlıq işlərinə başlandığını bildirib.
Kremlin sözçüsü Dimitri Peskov isə səfərin tarix və formatı müəyyənləşəndə ictimaiyyətə açıqlanacağını söyləyib.
Qeyd edək ki, 2011-ci ildən Koreyada hakimiyyətdə olan Kim Çen bu vaxta qədər Rusiyaya səfər etməyib.