Yeni Zelandiyada 50 nəfərin ölümü, 50 nəfərin də yaralanması ilə nəticələnən məscid teraktını araşdırmaq üçün Krallıq İstintaq Komissiyası yaradılıb.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Yeni Zelandiyanın Baş naziri Casinda Ardern deyib.
O, sözügedən komissiyanın iki və ya üç həftə ərzində yekun sənədi hazırlayacağını bildirib.
Qeyd edək ki, martın 15-i cümə namazı vaxtı Yeni Zelandiyanın Kraystçerç şəhərinin Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə silahlı hücum edilib. Terror aktı nəticəsində 50 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.