Qazaxıstan prezidentinin səlahiyyətlərinin müvəqqəti icraçısı Qasım-Jomart Tokayev Timur Süleymanovu özünə köməkçi təyin edib.
Bizimaz.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, Süleymanov cəmi 20 gün öncə Qazaxıstan Milli Bankının sədrinin müavini olmuşdu. O həmçinin 2016-ci ildə Qazaxıstan iqtisadiyyat naziri vəzifəsini icra edib.