Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin ilk yerləşdiriləcəyi yer bəlli olub.
Bizimaz.az xəbər verir ki, təhlükəsizlik mənbələrindən verilən informasiyaya görə, batareyaların ilk ünvanı “Akıncı” (Mürted) aviabazası olacaq.
Batareyalar burada bir sıra prosedurdan keçdikdən sonra Baş qərargahın Müdafiə Nazirliyi ilə planlaşdırılmış şəkildə müəyyən etdiyi nöqtələrə göndəriləcək.
Hər iki qurumun planlaşdırmasından sonar S-400-lərin sabit məkanına da aydınlıq gələcək.
İlk mərhələdə batareyalardan birinin “Akıncı” bazasında qalması, digərinin isə Şərq və Cənub-şərqdən gələcək hər hansı təhlükəyə qarşı oradakı bir bölgəyə yerləşdirilməsi mövcud şərtlərdə ən yaxşı variant kimi dəyərləndirilir.
Qeyd edək ki, “S-400” zenit-raket komplekslərinin öyrənilməsi üçün Rusiyaya göndəriləcək heyət ilk olaraq Azərbaycana gələcək.Təlim-tədris proqramında iştirak edəcək təxminən 100 nəfərdən ibarət heyət Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan “S-300 PMU2” zenit-raket sistemlərini araşdıracaq və yazın sonunda Rusiyaya gedəcək.
Xatırladaq ki, Türkiyənin Rusiyadan silah alması NATO müttəfiqi olan ABŞ-ı ciddi narahat edir.