Venesuela hökuməti müxalifəti ölkənin ABŞ-dakı diplomatik nümayəndəliyini ələ keçirməkdə ittiham edib.
Bizimaz.az xəbər verir ki, bu barədə RİA yazıb.
Məlumata görə, Venesuela hökuməti diplomatik nümayəndəliyin zorakılıqla ələ keçirdiyini qeyd edib. Rəsmi Karakas Vaşinqtondan binaların azad edilməsi üçün tədbir görülməsini tələb edib.