Terrorçu İstanbula gəlibmiş. Bununla bağlı araşdırma aparılır.
Bizimaz.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Qatilin Türkiyədə kimlərlə əlaqədə olduğu müəyyənlədirilməlidir. Yeni Zelandiyada bununla bağlı ciddi araşdırma aparılmasının tərəfdarıyıq. Bu, bir qətliamdır. Hesabı verilməlidir” – Ərdoğan bildirib.
Qeyd edək ki, ötən gün Yeni Zellandiyada iki məsciddə qətliam törədən terrorçu Brenton Tarrantın keçmişdə bir müddət Türkiyədə yaşadığına dair məlumatlar yayılıb.