ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Ron Rokvell Hansenin Çinə casusluq etdiyi məlum olub.
Bizimaz.az:“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyinin saytında bildirilib.Məlumata görə, 2006-ci ildən departamentdə çalışan 58 yaşlı Hansen 2014-cü ildə Çin kəşfiyyat idarəsi ilə əməkdaşlıq etməyə başlayıb. O, agentlərlə mütəmadi olaraq Çində görüşüb, ötürdüyü xəbərlərə görə yüz minlərə dollar alıb.
Ötən ilin iyununda Sietl hava limanında saxlanılan Hansen ABŞ-a məxsus məxfi məlumatları Çinə ötürdüyünü etiraf edib. Onu 15 ilədək həbs gözləyir.