Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən Qırğızıstan vətəndaşlarının saxlanması ilə bağlı Qazaxıstana nota göndərib.
Bu barədə məlumatı Qırğızıstan XİN yayıb.
“Həmin vətəndaşların saxlanması ilə bağlı Qazaxıstan tərəfinə nazirlikdən nota göndərilib”, - mətbuat xidmətinin sözçüsü bildirib.
Həmçinin, Çimkənddə 38 Qırğızıstan vətəndaşının saxlanılması barədə məlumat verilib və onların hamısının yoxlama tədbirləri aparıldıqdan sonra sərbəst buraxıldığı qeyd edilib.
Mənbə: RİA Novosti