Prezident Ilham Əliyev “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 450-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 23 noyabr tarixli 599 nömrəli, “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 may tarixli 64 nömrəli, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 156-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 9 mart tarixli 824 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Bizimaz.az.az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.5-ci, 2.0.15-ci və 3.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 2.0.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Qanunun 2.0.15-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Qanunun 3.3-cü maddəsində “orqan (qurum)” dedikdə “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 450-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun 8-2.3-cü maddəsinə uyğun olaraq, virtual lotereyanın təşkili və keçirilməsi qaydasını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. “Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 noyabr tarixli 599 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 707; 2003, № 10, maddə 585; 2004, № 12, maddə 1004; 2009, № 3, maddə 163; 2014, № 6, maddə 644; 2016, № 7, maddə 1252, № 8, maddə 1384) 3-cü hissəsində “nəzarəti” sözü “dövlət nəzarətini” sözləri ilə, “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
5. “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 64 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 337; 2009, № 3, maddə 163; 2016, № 7, maddə 1253; 2018, № 12 (I kitab), maddə 2551) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 2.1-ci bənddə “2.0.15-ci ” sözləri “2.0.5-ci, 2.0.15-ci, 3.3-cü” sözləri ilə əvəz edilsin;
5.2. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.2. həmin Qanunun 2.0.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;
5.3. 2.3-cü bənddə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilsin, həmin bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.4-cü və 2.5-ci bəndlər əlavə edilsin:
“2.4. həmin Qanunun 2.0.15-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
2.5. həmin Qanunun 3.3-cü maddəsində “orqan (qurum)” dedikdə “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.”;
5.4. 3-cü hissədə “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.
6. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 156-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 824 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 445) 3-cü hissəsi ləğv edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1954; 2020, № 5, maddə 542, № 7, maddə 862, № 9, maddə 1151; 2021, № 7, maddə 743) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
7.1. 1.1-ci bəndə “sisteminin” sözündən sonra “, habelə lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində münasibətlərin” sözləri əlavə edilsin;
7.2. aşağıdakı məzmunda 2.0.22-1-ci və 3.0.53-1-ci yarımbəndlər əlavə edilsin:
“2.0.22-1. lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində münasibətlərin tənzimlənməsini “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş vasitələrlə təmin etmək;”;
“3.0.53-1. lotereyaların və idman mərc oyunlarının təşkilinə və keçirilməsinə qanunla müəyyən edilmiş qaydada nəzarəti həyata keçirmək;”.
8. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
***
Prezident Ilham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2100; 2018, № 10, maddə 1991; 2019, № 4, maddə 644; 2020, № 1, maddə 5) ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”na aşağıdakı məzmunda 1.5-ci bənd əlavə edilsin:
“1.5. Müqavilə əsasında idarəetməyə verilən və payları (səhmləri) yüz faiz dövlətə məxsus lotereya təşkilatçısı və (və ya) idman mərc oyunları operatoru olan hüquqi şəxsə bu Qaydanın müddəaları idarəetmə müqaviləsi qüvvədə olduğu müddət ərzində şamil edilmir.”.
2. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
***
Prezident Ilham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2013-cü il 5 mart tarixli 833 nömrəli və “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 235; 2014, № 9, maddə 1027; 2017, № 3, maddə 353; 2018, № 9, maddə 1839; 2019, № 3, maddə 410, № 12, maddə 1928) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin 3.1.20-8-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“3.1.20-8. Azərbaycan Respublikasında lotereya təşkilatçısının və (və ya) idman mərc oyunlarının operatorunun məlumatı əsasında, telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkilinin və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin satışının təşkilinin və (və ya) satışının, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün qanunla müəyyən edilmiş qaydada tədbirlərin görülməsini təmin etmək;”.
2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41; 2019, № 1, maddə 95, № 6, maddə 1027, № 11, maddə 1702, № 12, maddə 1929; 2020, № 3, maddə 231, № 4, maddə 407, № 8, maddə 1044; 2021, № 6 (I kitab), maddə 593; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 dekabr tarixli 1491 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 3.0.89-cu yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“3.0.89. Azərbaycan Respublikasında lotereya təşkilatçısının və (və ya) idman mərc oyunlarının operatorunun məlumatı əsasında, telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkili və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin satışının təşkilinin və (və ya) satışının, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün qanunla müəyyən edilmiş qaydada tədbirlərin görülməsini təmin etmək;”.
3. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
***
Prezident Ilham Əliyev Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və KfW arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsinə düzəlişin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və KfW arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsinə 2021-ci il martın 22-də və iyulun 7-də məktublar mübadiləsi formasında imzalanmış düzəliş təsdiq edilsin.
istinad