Xəbər lenti



İşğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, sözügedən rayonların ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması ilə bağlı Prezidentin enerji strategiyasına uyğun olaraq 2021-ci ildə kompleks işlər həyata keçirilib.

 

Prezident İlham Əliyevin iştirakıyla azad edilmiş ərazilərdə istismara verilən enerji obyektləriylə bağlı “Azərenerji” tərəfindən videoçarx hazırlanıb.

Qeyd edək ki, bu günədək Qarabağ və Şərqi Zəngəzurda “Güləbird”, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyaları yenidən qurularaq Prezidentin iştirakı ilə istismara verilib. “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında isə yenidənqurma işləri tamamlanıb. Bu 4 elektrik stansiyasının ümumi gücü 20 meqavatdan artıqdır.

2021-ci ildə Qarabağ və Şərqi Zəngəzurda 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya tikilib. Mayın 12-də “Şuşa”, iyunun 14-də “Füzuli” və “Şükürbəyli”, avqustun 16-da “Kəlbəcər”, oktyabrın 4-də “Cəbrayıl”, oktyabrın 20-də “Zəngilan”, oktyabrın 25-də isə “Qubadlı” yarımstansiyalarının Prezidentin iştirakı ilə açılışı olub.

Ağdam rayonunda inşa edilən 110/35/10 kV-luq “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Rəqmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb.

“Şükürbəyli” yarımstansiyasına Beyləqandan 51 km məsafədə 110 kV-luq yeni xətt çəkilib. Ən əsası Şükürbəylidən Şuşaya 75 km, eyni zamanda “Cəbrayıl” və “Qubadlı” yarımstansiyalarına giriş-çıxış olmaqla “Zəngilan” yarımstansiyasına qədər 110 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib. Həmçinin “Qubadlı” yarımstansiyasından “Güləbird” SES-ə 19 km məsafədə 110 kV-luq xətt inşa edilib. Bundan əlavə “Daşkəsən” yarımstansiyasından Murov dağını keçməklə yeni tikilən “Kəlbəcər” yarımstansiyasına 70 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti gətirilib. Həmçinin “Xındırıstan” yarımstansiyasından minalanmış əraziləri keçməklə yeni tikilən “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına 35 km məsafədə ikidövrəli olmaqla 110 kV-luq ötürmə xətti çəkilib.

Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, tam rəqəmsallaşdırılıb. Belə ki, dördüncü Sənaye inqilabına uyğun olaraq intellektual enerjisistem konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar modeli formalaşdırılıb. İstismara verilən rəqəmsal yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, açılıb qoşulma əməliyyatları, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, problemlərin tez həlli proqram təminatı vasitəsi ilə avtomatik həyata keçirilir. 

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov