Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin yaxın qohumunun evindən oğurluq olub.

 

Bizimaz.az xəbər verir ki, bu barədə “report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, H.Mirzəyevin yaxın qohumunun Abşeron rayonu ərazisində yerləşən evindən oğurluq edilib.

Hazırda faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə H.Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı məlumat yayılmışdı. Daha sonra Daxili İşlər Nazirliyi məlumatı təkzib etmiş