İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Gəncə şəhərinə səfər edib.
Diplomat və qonaqlar Ermənistanın Gəncədə törətdiyi terror hadisələrinin baş verdiyi əraziyə baş çəkib, qurbanların xatirəsini yad ediblər.
Qeyd edək ki, C.Dik səfər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Uşaq Evi və Gəncə SOS Uşaq Kəndində də olacaq.