Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 29 oktyabr Türkiyənin milli bayramı - Respublika Günü münasibəti ilə qardaş ölkəni təbrik edib.
Bu barədə nazir şəxsi “Twitter” hesabında paylaşım edib:
“Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 98-ci ildönümüdür. Bu özəl və əlamətdar gündə qardaş Türkiyəni ürəkdən təbrik edir və hər zaman var olmasını diləyirik. İstiqlal mücadiləsində canından keçmiş bütün Şəhidlərimizi dərin ehtiramla yad edirik”.