Dünən iki qardaş ölkənin başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qarabağın hava qapısı Füzuli Hava Limanının açılışını etmişdilər.
Bizimaz.az Modern.az-a istinadən xəbər verir ki, liderlərin səfərinin ardınca Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Türkiyə Cümhuriyyəti Diyanət işləri Başkanı Ali Erbaş Qbu gün Füzuli aeroportuna baş çəkiblər.
Aeroportun möhtəşəm infrastrukturu ilə tanış olan ziyarətçilər öz xeyir-dualarını veriblər.
Füzuli aeroportuna rəsmi səfərdən sonra dini idarə rəhbərləri Şuşaya gediblər.