Prezident İlham Əliyev Məhərrəm Əliyevin təltif edilməsi haqqında sərəncam verib.
Bizimaz.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Abış oğlu Əliyev “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, general-polkovnik Məhərrəm Əliyev hazırda Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri vəzifəsinidə çalışır.
Məhərrəm Əliyev 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub.
1980-1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib.
Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb.
1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub.
2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
2012-ci ilin noyabrında bir müddət Prezident Adminstrasiyasında Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində təyinat alıb.
2017-ci il iyunun 5-də ədliyyə nazirinin müavini təyin edilib.
2019-cu ilin noyabrında Prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin edilib.
istinad