Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər tarixi açıqlanıb.
Bizimaz.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb.
İnformasiya Türkiyə Prezidentinin Administrasiyasındakı mənbəyə istinadən verilib.
Məlumatda bildirilir ki, dövlət başçısı oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcək.
Səfərin proqramı və məqsədləri barədə məlumat verilməyib.