Həbsdə olan jurnalist, “Azadinfo.az” saytının rəhbəri Mahir Ələkbərovun (Xəttab) barəsində olan cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir.
Bu barədə Modern.az-a jurnalistin vəkili Araz Nurməmmədov bildirib.
Vəkil qeyd edib ki, bu günlərdə müvəkkili Mahir Ələkbərovla onun saxlanıldığı Bakı İstintaq Təcridxanasında görüşüb:
“Məhkəmənin müvəkkilim barəsində ədalətli qərar verəcəyinə inanıram. Mahir Ələkbərovla görüş zamanı məhkəmənin onun barəsində verəcəyi qərardan asılı olmayaraq, dövlətə, dövlət başçısına olan sədaqəti və güvəninin dəyişməz olduğunu bildirdi. Mahir Ələkbərovla görüş zamanı sağlamlığında heç bir problem olmadığını və saxlanma şəraitindən razılığını ifadə etdi. Məhkəmənin ədalətli qərar verəcəyinə inandığını dedi”.
Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat almaqda təqsirləndirilir.
O, Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham edilir.