Milli Məclisin iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın məlumatına əsasən, deputatlar layihənin mətninə bəzi dəyişikliklərin olması üçün təkliflər səsləndiriblər.
Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılıb.
Layihə ikinci oxunuşda qəbul edilib.
“Müstəqillik haqqında” qanun layihəsinə əsasən, mayın 28-nin Müstəqillik Günü, оktyabrın 18-nin isə Müstəqilliyin Bərpası Günü kimi adlandırılması təklif edilir.
Həmin günlər hər il bayram kimi qeyd ediləcək.
Hazırda 28 may Respublika Günü kimi qeyd olunur və həmin gün qeyri-iş günüdür. 18 oktyabr isə Milli Müstəqillik Günüdür və iş günüdür.