Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən üç qazimiz sağalaraq Vətənə geri dönüb.
Bizimaz.az bildirir ki, Fonddan Oxu.Az-a verilən məlumata görə, qazilərimiz İdrisov Ərşad Rafiq oğlu, Misirzadə Rahib Mübariz oğlu və Əmənli Nurlan Şirzad oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.
“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və fondun fəaliyyəti ilə tanış olmaq üçün portal istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçidə daxil ola bilərsiniz.
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.