Türkiyənin Qarabağdakı vəziyyətə təsiri regionda barışığa imkan yaradır.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.
“Türkiyə ilə danışıqlar bəzən sadə getmir, amma həmişə pozitiv nəticələr verir”, - Putin bildirib.
O, Türkiyə ilə Rusiyanın kompromis tapmağa öyrəşdiklərini bildirib.