İran oktyabrın 23-dən turistlər üçün sərhədlərini açacaq.

 

Bizimaz.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərğami bildirib.

Onun sözlərinə görə, İran Prezidenti Seyid İbrahim Rəisi Nazirlər Kabinetinin iclasında ölkəyə səfər etmək üçün vizaların verilməsi və quru sərhədlərindən turistlərin gediş-gəlişi üçün lazımi infrastrukturun hazırlanmasına göstəriş verib.

Məlumatda qeyd olunur ki, sərhədlərdən giriş-çıxış üçün hava nəqliyyatında olduğu kimi turistlər peyvənd pasportu və PCR analizi təqdim etməli, eləcə də İranın Səhiyyə Nazirliyinin sağlamlıq protokollarına əməl etməlidirlər.

Məlumata görə, İran oktyabr ayının 23-dən İraq, Əfqanıstan, Türkiyə, Azərbaycan, Ermənistan və Pakistanla quru sərhədlərini açacaq. Quru sərhədlərindən sərnişin avtobusları və şəxsi avtomobillərlə də gediş-gəlişə icazə veriləcək.