Xəbər lenti

 

“Bu ilin əvvəlində yanvar ayında Moskvada üçtərəfli görüş keçirildi. Bu görüş zamanı daha çox müharibədən sonrakı dövrlə bağlı mövzular müzakirə edildi. Çünki müharibənin başa çatmasından cəmi iki ay keçmişdi. Daha sonra prezidentlər səviyyəsində üçtərəfli görüş olmadı. Ancaq baş nazir müavinləri səviyyəsində bir işgüzar heyət yaradıldı”.

 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsi zamanı Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla yaxın gələcəkdə üçtərəfli görüşün keçirilməsi ehtimalı barədə danışarkən deyib.

“Bu qrupda ilk olaraq Zəngəzur dəhlizinin açılması mövzusunda işlər həyata keçirildi, lakin iyunun əvvəlində Ermənistan seçkilər səbəbilə bu qrupdakı iştirakını başa vurdu. İyunda orada seçki keçirildi və avqustun ortalarında bu qrup yenidən bir araya gəldi. Gələn ay yenidən bir araya gələcəklər. Bu qrupun vacib bir format olduğunu düşünürəm, çünki hələ bir nəticə olmasa da, təmas mövcuddur. Təmas indiki halda lazımlı bir vasitədir və bu təmaslarda bir çox mövzu həll edilə bilər.

Biz Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması istiqamətində genişmiqyaslı işlərə başladıq. Zəngilana dəmiryolu və avtomobil yolu çəkilir, hava limanları inşa edilir. Bizim öz torpaqlarımızdakı işləri iki il ərzində bitirəcəyimizi düşünürəm, çünki buradakı işlərin həcmi çox böyükdür. Ermənistan ərazisindəki dəmiryolu və avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bu 1 və ya 1,5 ildə həyata keçirilə bilər. Biz bunu gözləyirik”, - deyə dövlət başçısı bildirib.

Dövlət başçısı həmçinin aparıcının “Zəngəzur dəhlizi Ermənistanla münasibətlərin normallaşdırmağa başlamasına bir şərtdir?” sualını bu cür cavab verib:

“Əlbəttə bir şərtdir, çünki 10 noyabr bəyanatında bu göstərilib. Ermənistan bu öhdəliyi üzərinə götürüb. Əgər bu öhdəliyi icra etməsə, o zaman hansı normallaşmadan söhbət gedə bilər? İkincisi, yenə əvvəlki fikirlərimə qayıdıram. Ermənistan müharibədən sonrakı dövrü düzgün təhlil etməlidir. Artıq vəziyyət tamamilə fərqlidir. İndiki vəziyyət qüvvələr balansını açıq şəkildə ortaya qoyur. İşğal dövründə də biz həm özümüzün, həm də Ermənistan ordusunun hansı imkanlara sahib olduğunu bilirdik. Biz tarazlığı çox əvvəldən öz lehimizə dəyişdirdiyimizi bilirdik. İndi bunu bütün dünya görür. Ona görə də indiki məqamda Ermənistanın Azərbaycanla münasibətlərini normallaşdırmaq üçün daha çox səy göstərməli olduğunu düşünürəm. Çünki bu onlar üçün önəmlidir. Biz bunsuz da yaşaya bilərik. Necə ki, yaşadıq. İndi də yaşayırıq və daha yaxşı yaşayacağıq, çünki bu əraziyə yenidən sahib olduq. Öz torpaqlarımıza qayıtdıq. Onların vəziyyəti daha pisləşdi. Bu səbəbdən daim münaqişədə olmaq, qonşularla münasibətləri saxta tarixə əsaslanaraq planlaşdırmaq çox yanlış bir addımdır”.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov