Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının sədri olması faktından ağıllı şəkildə istifadə etdi.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyası sədrinin müavini Armen Aşotyan deyib.
O, İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı zamanı hər kəsə, o cümlədən İran və Rusiyaya mesaj göndərdiyini bildirib:
“O, Rusiya və İrana da başa saldı ki, Azərbaycan Cənubi Qafqazdakı situasiyanı dəyişir və hər kəs bununla barışmalıdır”.