İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bizimaz.az "Qafqazinfo"-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə V.Hacıyev söz alıb və özünü təqsirsiz hesab etdiyini deyib:
“Mənim otağımdan kart və əşyalar çıxdığına dair məlumatlar yalandır. Mən 2014-cü ildən rayondakı imkansız ailələrə yardımlar paylamışam. Qaçqınlara, şəhid ailələrinə kömək etmişəm".
Daha sonra müdafiəçilər sabiq icra başçısının DTX-nın istintaq təcridxanasından Penitensiar Xidmətin istintaq təcridxanasına köçürülməsi ilə bağlı vəsatət veriblər.
Vəkillərin vəsatəti təmin olunub, V.Hacıyevin Penitensiar Xidmətin təcridxanasına köçürülməsinə dair qərar çıxarılıb.
Məhkəmənin baxış iclası sentyabrın 28-nə təyin edilib.