Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü gerçəkləşməsi gözlənilən ABŞ səfərindən sonra Soçiyə, Rusiya Prezidenti Vladimir Putinlə görüşə gedəcək.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, görüşün əsas mövzusunun Suriya və Əfqanıstan olacağı bildirilib.
Ərdoğanın Soçi səfərindən sonra Afrika turuna çıxacağı da gözlənilir.