"Axı nə üçün ona bu qədər sərbəstlik verdim? Nə üçün insanları sevməyi təlqin etdim? Nədən yalnız özünü fikirləşən bir eqoist kimi böyütmədim? Bəlkə, onda bu fəlakət də baş verməzdi...”

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri, Polşa və Macarıstandakı sabiq səfir Vilayət Quliyev bir neçə ay bundan əvvəl vəfat edən qızı Humay Quliyeva haqqında paylaşım edərkən bildirib:

"Hər bir halda Humayla qürur duyuram. Yaradana mənə belə bir övladın valideyni olmaq xoşbəxtliyini bəxş etdiyi üçün daim minnətdaram”.

Qeyd edək ki, Vilayət Quliyevin qızı Humay Quliyeva bu ilin mart ayının 14-də dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil.

 
BAKU.WS
VİDEO