Azərbaycan Respublikasının baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.
Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.
Baş nazir Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin faciəli şəkildə həlak olması xəbərindən kədərləndiyini bildirib.
Rusiya hökumətinin sədrinə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.
Qeyd edək ki, Rusiya fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev Norilskdə keçirilən təlim zamanı ölüb.
Suyun kənarında dayanan 63 yaşlı kinorejissor Aleksandr Melnikin ayağı sürüşərək qayalıqdan suya yıxılıb. Bu zaman onun yanında olan Ziniçev Melniki tuta bilməyib, özü də onun dalınca suya düşərək xəsarət alıb.
Hər iki zərərçəkən helikopterlə xəstəxanaya aparılarkən yolda ölüb.