Bu, mənim üçün böyük bir şərəfdir. Verdiyiniz tapşırıqlar, tövsiyələr aydın oldu, elə dərhal bu istiqamətdə işləməyə başlayacağam.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, yeni gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevlə görüş zaman deyib.
"Söz verirəm ki, əlimdən gələni edəcəyəm. İnanıram ki, sağlam cəmiyyətdə yaşayan Azərbaycan gəncləri yaxın gələcəkdə də öz yeni uğurları ilə, idmançılarımız isə yeni qələbələri ilə, cənab Prezident, Sizi və Azərbaycan xalqını sevindirəcəklər. Çox sağ olun".