İranın bütün sərhədləri tam təhlükəsizlikdədir.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu İran polisinin komandanı, briqada generalı Hüseyn Aştari Azərbaycanla sərhəddə deyib. Onun sözlərinə görə, malların və sərnişinlərin sərhəd vasitəsilə tranziti nizamlı formada gerçəkləşir:
“Biz şimal sərhədlərimizdə, xüsusilə, Azərbaycanla problemlərə sahib deyilik. İndi iki ölkə arasında hərəkət tam təhlükəsiz şəkildə gerçəkləşir”.