Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərova yeni rütbə verilib.
Bu barədə DMX-nın Xidmət rəisi Vüsal Hüseynov əmr imzalayıb.
Əmrə əsasən, E.Kələntərova polkovnik rütbəsi verilib.
Qeyd edək ki, E.Kələntərov 2020-ci ilin yanvar ayında qurumun İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub.
O, bundan əvvəl DMX-nin İctimaiyyətlə əlaqələr idarəsinin rəis müavini vəzifəsində çalışıb.