Xəbər lenti

Ermənistan hökumət və müxalifət nümayəndələri qondarma “arsax”ın “müstəqillik günü” ilə bağlı erməni xalqına “təbrik” ünvanlayıblar.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, Ermənistan Prezidenti Armen Sərkisyan ünvanladığı müraciətində bu əlamətdar (?) hadisənin 30-cu ildönümünün çox çətin bir dövrdə - 44 günlük müharibədən sonra yaranan ağır vəziyyətdə “qeyd olunduğunu” deyib. Erməni prezident bildirib ki, “arsaxın” “müstəqilliyi”nin və əhalinin toxunulmazlığının təmin edilməsi, Azərbaycandan aramsız yeni müharibə təhdidləri, “arsax”ın statusu, sosial-iqtisadi və humanitar məsələlərin həlli ümummilli gündəmin prioritetləridir:

“Tariximizdə erməni dünyası üçün “arsax” və “arsaxlılar”ın hər zaman xüsusi rolu olmuşdur. Artıq ortaq erməni məsələsində səhv etməyə haqqımız yoxdur”.

Ermənistan Baş naziri Nikol Paşinyan isə müraciətində, nə qədər qəribə də olsa, 44 günlük müharibə zamanı Azərbaycanın bütün səylərinə baxmayaraq, öz hədəfinə çatmadığını iddia edib. 10 noyabr kapitulyasiyasına imza atan və “müstəqillik günü” şousuna qatılmağa cəsarəti çatmayan, buna görə qısamüddətli məzuniyyətə qaçan Paşinyan deyib:

“Bu gün “arsax” yaralıdır, amma israrlıdır və Ermənistan və erməni xalqının tam dəstəyinə malikdir. Ermənilər “arsax”ın “azadlığı” uğrunda mübarizədə ölənləri xatırlayır və qarşılarında baş əyirlər. “Arsax” “xalqı”nın öz müqəddəratını təyin etmək haqqı müqəddəsdir və o, güc tətbiqi yolu ilə dayandırıla bilməz. Buna görə biz bütün beynəlxalq platformalarda deyirik ki, “dağlıq qarabağ münaqişəsi” həll edilməyib. Bunu hətta həmsədr ölkələrin bəyanatları da təsdiq edir”.

Ermənistan Xarici İşlər Nazirliyi də qondarma “arsax”ın “müstəqillik günü” ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Ermənistan münaqişənin ədalətli həlli və bölgədə sülhün bərqərar olması üçün “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etmək, tarixi vətənində yaşamaq və inkişaf etmək hüququnun müdafiəsinə davam edəcək.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da qondarma “müstəqillik günü” ilə bağlı təbrikinə 44 günlük müharibədə ermənilərin məruz qaldığı ağır itkiləri qeyd etməsilə başlayıb:

“Bu gün “arsax” dövlətçiliyinin saxlanmasının girovu yalnız öz ərazinizdə yaşamağınız və onu rifahlandırmağınızla bağlı sarsılmaz iradənizdir. Biz birlikdə “arsax respublikası”nın müdafiəsi üçün mümkün hər şeyi etməliyik”, - Köçəryan bildirib.

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan yaydığı bəyanatda 44 günlük müharibədə acı məğlubiyyətin günahını Paşinyanda görüb:

“2020-ci ildə Qarabağa qarşı yeni müharibə başladı və Nikol Paşinyan tərəfindən 9 noyabr 2020-ci ildə gizli şəkildə imzalanan kapitulyasiya Ermənistan və Qarabağı yeni bir təhlükənin qarşısına qoydu və bunun nəticələri hər gün hiss olunur. Ermənistan hakimiyyəti nəqliyyat kommunikasiyalarının açılması və dinc inkişafla bağlı vədləri ilə xalqın sayıqlığını söndürür, öz gücündə və qabiliyyətində qorxu və qeyri-müəyyənlik yaradır və “iki erməni respublikası”nı yeni fəlakətlərə sürükləyir”.

Göründüyü kimi, hər il təmtəraqlı mərasimlər, rəsmi nümayəndələrin səfərləri, çıxışları ilə keçən qondarma “arsax”ın “müstəqillik” günü bu il sadəcə bəyanatlarla “qeyd olundu”. Hər il “bayram”ı qeyd etmək üçün İrəvandan Xankəniyə gələn Ermənistan rəhbərliyi və siyasətçilər bu il eyni addımı atmağa cürət etmədilər. Gücləri yalnız quru bəyanatlara çatdı. Səbəb də aydındır: Erməni xalqını “biz hər zaman “arsax”ın “müstəqilliyi”nin yanındayıq” bəyanatları ilə aldatmaq. Artıq həm özləri, həm də Ermənistan xalqı Dağlıq Qarabağ adlı münaqişənin bitdiyini, “status”un, Azərbaycan Prezidentinin dediyi kimi, gorbagor olduğunu gözəl anlayır. Sadəcə erməni xisləti, hiyləgərliyi bunu həzm etməyə imkan vermir. Xankəndiyə gələ bilməsələr də, məkr dolu bəyanatlar verərək, erməni xalqını yeni fəlakətlərə sürükləməyə və özlərini yenə kənarda saxlamağa çalışırlar.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov