Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları azad edilmiş Füzuli, Cəbrayıl və Şuşaya səfərə yola düşüblər.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilən səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər.
Səfər çərçivəsində xarici media nümayəndələri azad edilmiş ərazilərdə görülmüş işlərlə, eləcə də erməni vandalizminə məruz qalmış mədəniyyət abidələri ilə tanış olacaqlar.