Ermənistan əsir və girov götürdüyü azərbaycanlılara ağır işgəncələr verib. Azərbaycanın isə erməni hərbi əsirlərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün atdığı addımlar humanizm prinsipinə əsaslanıb.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermənistanın təcavüzü nəticəsində itkin düşən azərbaycanlılarla bağlı keçirilən konfransda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib.
O qeyd edib ki, Ermənistan indiyədək Vətən müharibəsində itkin düşmüş 7 nəfərin taleyi barədə məlumat vermir.
S.Əliyeva erməni əsirliyində qayıtmış azərbaycanlıların ağır travmalar aldığını da vurğulayıb.