Xəbər lenti

167
12
1644
 
 

Azərbaycanlı əsirlərə işgəncə verən erməni cinayətkarların məhkəmə prosesi üzrə yekun HESABAT - FOTO

 

 

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Ermənistan vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycanın işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə və digər müharibə cinayətləri törətməsinə görə cari ilin iyun ayının 2-dən avqust ayının 2-dək cinayət işi üzrə məhkəmə prosesində aparılmış məhkəmə müşahidəsinin yekun hesabatını təqdim edib.

Oxu.Az-ın məlumatına görə, hesabatı hüquqşünas, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli və hüquqşünas Fariz Əkbərov təqdim ediblər.

Bildirilib ki, Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə görə  Mkrtiçyan və Xosrovyanın hər biri 20 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə ictimaiyyətə açıq şəkildə təşkil edilib və məhkəmə iclaslarında xeyli sayda yerli və xarici vətəndaş cəmiyyəti qurumları, Ombudsman təsisatı, media və QHT nümayəndələri iştirak ediblər.

Müşahidənin məqsədi – keçirilən məhkəmə prosesinin beynəlxalq humanitar hüquq və insan hüquqları, ədalətli mühakimə, açıq və qərəzsiz məhkəmə araşdırması hüququ və prinsipləri baxımından beynəlxalq standartlara uyğunluğunu müəyyən etmək idi.

Beynəlxalq Humanitar Hüquq və insan hüquqları prinsiplərinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bütün dövlətlər öz vətəndaşları və ya silahlı qüvvələri tərəfindən və ya ərazilərində törədildiyi iddia edilən hərbi cinayətləri araşdırmalı və cinayətləri törətməkdə təqsirli bilinən şəxsləri mühakimə etməlidir. Əsirlər hərbi əməliyyatlarda yalnız iştirak etdiyinə görə cinayət məsuliyyətinə cəlb oluna bilməsələr də (Üçüncü Cenevrə Konvensiyasına görə), onları həbs edən ölkə həmin şəxsləri mümkün müharibə cinayətlərinə görə mühakimə edə bilər.

Müşahidəçilər tərəfindən keçirilmiş məhkəmə prosesinin prosedur nöqteyi-nəzərindən Cenevrə konvensiyaları, Avropa İnsan Hüquqları Konvensiyası və Mülki və siyasi hüquqlar haqqında Paktla müqayisəli analiz aparılaraq, belə qənaətə gəlib ki, proses zamanı ədalətli məhkəmə araşdırması ilə bağlı beynəlxalq standartlara məhkəmə tərəfindən tam əməl olunub.
Belə ki, aşağıdakı məsələlər yüksək səviyyədə təmin edilib:

- Məhkəmənin müstəqilliyi və qərəzsizliyi, tərəflərin bərabərliyi prinsipi;

- Legitim hərbi məhkəmə (Bakı Hərbi Məhkəməsi), bərabər ittiham və müdafiə tərəfi, məhkəmə çəkişməsi prinsipi;

- Təqsirləndirilən şəxslərə, zərərçəkmiş şəxslərə işin mahiyyəti və səbəbləri barədə dolğun məlumat verilməsi və hüquq və vəzifələrin izah olunması;

- Təqsirləndirilən şəxslərin tərcümə ilə təmin olunması;

- Müdafiə tərəfinin vəsatətlərinin təmin edilməsi;

- Təqsirləndirilən şəxsin məhkəmə zalında azad şəkildə iştirakının təmin edilməsi;

- Məhkəmənin açıq keçirilməsi prinsipi və ictimaiyyət nümayəndələrinin pandemiya qaydalarına riayət etməklə iştirakının təmin olunması.

Bu proses zamanı iki ay müddətində bütün iclaslarda müstəqil QHT müşahidəçisi qismində iştirak edən R. İskəndərli qeyd edib ki, proses nəticəsində əsas etibarilə bu nəticəyə gəlmək olar ki, Azərbaycan dövləti onun vətəndaşlarına qarşı Qarabağ müharibələri zamanı törədilmiş müharibə cinayətlərinə görə təqsirkar şəxsləri tam olaraq beynəlxalq hüquq standartları çərçivəsində müstəqil, qərəzsiz və ədalətli məhkəmə araşdırması prinsiplərinə əsasən mühakimə edir və bundan sonra da mühakimə edəcəkdir.

 

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov