Avqustun 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İstanbul şəhərində keçirilən “IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisinə səfər çərçivəsində Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarla görüşüb.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, görüşdə tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, regional təhlükəsizlik, ikitərəfli münasibətlər, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

 

VİDEO