Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları 200 erməni zəvvarı Amaras monastır kompleksinə gətiriblər.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, sülhməramlılar zəvvarları Xankəndidən Xocavənd rayonuna qədər müşayiət ediblər.
Qeyd edək ki, iyulun 30-da da Rusiya sülhməramlıları erməni zəvvarlarını Xocavənd rayonunun Amaras məbədinə gətirmişdilər.