Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, dövlət başçısı və birinci xanım Kəlbəcərdə çay kənarında əyləşiblər. Onlar süfrə arxasında birgə çay içiblər.
Dövlət başçısı bildirib ki, ermənilər nə qədər çalışsalar da, Azərbaycan xalqının iradəsini qıra bilmədilər: “Biz bura qayıtmalıydıq və qayıtdıq. Onlar buradan getməli idilər, getdilər. Tarixi ədalət bərpa olundu. Biz ölkəmizin ən gözəl rayonlarından biri olan Kəlbəcərə nəinki qayıtmışıq, inkişafı ilə bağlı planlarımızı da reallaşdırırıq. Bundan sonra da tədbirlər olacaq. Hələlik isə çayımızı içək və təbiətdən zövq alaq. Yaşasın Azərbaycan!”