Xəbər lenti


“Prezidentin “CNN Türk”ə müsahibəsi Ermənistana və havadarlarına ciddi xəbərdarlıq idi” - RƏY

 

“2020-ci ilin noyabr ayının 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında birgə hərbi əməliyyatların dayandırılması və sülh prosesinin təmin olunması, gücləndirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutan bəyanat imzalanmışdı.

Bu bəyanatla Ermənistan kapitulyasiya etdi, eyni zamanda sülhyaratma missiyası ilə bağlı Rusiya da müəyyən öhdəliklər götürdü.

Lakin bu gün Azərbaycan üzərinə düşən vəzifələri yerinə yetirdiyi halda Ermənistan havadarlarına güvənməklə məsuliyyətini tam yerinə yetirmir. Ermənistan həm 10 noyabr, həm də 11 yanvar bəyanatlarının maddələrinə sadiqlik nümayiş etdirmir, özünü revanşist tərəf kimi aparır”.

 

Bizimaz.az  "report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin “CNN Türk”ə müsahibəsi Ermənistana və havadarlarına ciddi xəbərdarlıq idi:

“Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlaması sonda onun kapitulyasiyası ilə nəticələndi. 44 günlük Vətən müharibəsindən sonra isə revanşizm niyyətləri 60-dan artıq erməni terrorçusunun əsir götürülməsi ilə başa çatdı.

Yəni, Ermənistan anlamalıdır ki, Azərbaycan hər nə qədər sülh tərəfdarı olsa da, müharibəyə də, təxribatların qarşısını almağa da hazırdır.

Prezident İlham Əliyevin “CNN Türk”ə müsahibəsi zamanı Ermənistanın təxribat xarakterli addımları, Qarabağda baş verən proseslər barədə diqqətə çatdırdığı məlumatlar da Azərbaycanın bölgəyə nəzarətinin nə qədər yüksək səviyyədə olduğunu isbatladı.

Ermənistan başa düşməlidir ki, Azərbaycan bütün keçid və ərazilərə nəzarət edir. Həm Ermənistanın, həm Rusiya sülhməramlılarının, həm də İrandan gələn maşınların hərəkətlərini izləyir, fəaliyyətləri barədə ətraflı məlumata sahibdir.

Ona görə də Ermənistan təxribatlar deyil, Azərbaycanın təklif etdiyi sülh müqaviləsi haqqında düşünməlidir”.

“Prezident İlham Əliyev “CNN Türk”ə müsahibəsi ilə bir daha Azərbaycanın sülh, əməkdaşlıq və tərəfdaşlıq mövqeyində olduğunu nümayiş etdirdi”, – deyən deputat əlavə edib ki, Azərbaycan Prezidenti böyük diplomatik nəzakət və humanistlik göstərərək Ermənistana sülh təklif edir:

“Əslində, Azərbaycan bir qalib dövlət olaraq Ermənistanı sülhə məcbur etmək üçün fərqli yollara da əl ata bilər. Hətta Azərbaycanın bir neçə dəfə imkanı da var idi ki, yenidən “Dəmir yumruğunu” işə salsın.

Amma Azərbaycan səbr edir, praqmatik dövlət olaraq addımlar atır, düşmənin, havadarlarının təxribatlarına baxmayaraq, bütün dünyaya sülh, əməkdaşlıq niyyətini göstərir. Əlbəttə ki, Ermənistan da bu fürsətdən istifadə etməlidir.

Çünki Azərbaycanın sülh təklifi daimi, əbədi olaraq masa üzərində qalmaq üçün deyil. Ermənistan və havadarları da bilir ki, Qarabağla bağlı məsələnin “hərbi həlli yoxdur” tezisi işə yaramır. Azərbaycan artıq bunu sübut edib.

Bir sözlə, Azərbaycan qalib dövlət olaraq sülh əlini uzadıb. Artıq seçim Ermənistanındır. Ermənistan rəhbərliyi Azərbaycanın sülh əlini tutsa, bölgəyə sabitlik gələcək.

Yox, yenə də təxribatlara əl atsa, o zaman “Dəmir yumruq” işə düşəcək”.

22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov