Xəbər lenti

Prezidentin xüsusi nümayəndəliyindən Ağdama səfərlə bağlı
 

Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 il düşmən tapdağı altında olmuş əzəli torpaqlarımızı işğaldan azad edib və xalqımız öz doğma diyarına qovuşub. Mənfur düşmən işğal dövründə torpaqlarımızı talan edib, xarabalığa çevirib, daşı-daş üstündə qoymayıb. Qarabağımızın qədim və zəngin mədəni-tarixi irsinə, bio-ekoloji müxtəlifliyinə, iqtisadiyyatına külli miqdarda zərər vurulub, keçmiş təmas xətti boyunca, xüsusilə də Cəbrayıl, Füzuli və Ağdam rayonlarının işğaldan azad edilmiş əraziləri yüz minlərlə piyada və tank əleyhinə minalarla, partlamamış hərbi sursatlarla çirkləndirilib.

 

Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdən dərhal sonra Azərbaycan Prezidentinin tapşırığı ilə həmin ərazilərdə təhlükəsizliyin təmin edilməsi, Qarabağın bərpası, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışının təşkili və digər bu kimi tədbirlər müxtəlif dövlət qurumları arasında əlaqələndirilməklə həyata keçirilir.

Bu tədbirlərdən biri də məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıdışına hazırlıq çərçivəsində təhlükəsizliyin tam təmin edilməsi şərtilə Azərbaycan vətəndaşlarının ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili ilə bağlıdır.

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən “Qafqazinfo”ya bildiriblər ki, “Yolumuz Ağdama” adlanan ilk belə səfərin Ağdam şəhəri daxil olmaqla bu rayonun minalardan təmizlənmiş hissəsinə təşkili nəzərdə tutulur.

Zəruri hazırlıq və təhlükəsizlik işləri başa çatdıqdan sonra işğaldan azad olunmuş digər ərazilərə də belə səfərlərin təşkili planlaşdırılır.

“Yolumuz Ağdama” səfərləri xüsusi qaydalara əsaslanmaqla təlimlərdən keçmiş bələdçilər, sürücülər və səfər təşkilatçılarının nəzarəti altında təşkil olunacaq.

Məlum olduğu kimi, işğaldan azad edilmiş bir çox ərazilərdə, o cümlədən Ağdamda infrastrukturun bərpası və yenidənqurma işlərinə başlanılıb, Ağdam şəhərinin Baş Planı ictimaiyyətə təqdim edilib.

Bu baxımdan “Yolumuz Ağdama” səfərlərinin təşkilinin davam etməkdə olan bərpa işlərinin hazırki ilkin mərhələsindən başlaması vətəndaşlarımıza həm mənfur düşmənin törətdiyi vandalizmin və vəhşiliklərin şahidi olmaq, həm də şəhər və digər yaşayış məntəqələri bərpa edildikcə gedən quruculuq işləri ilə tanış olmaq üçün tarixi bir imkan yaradacaq.

Bununla yanaşı, bir daha qeyd olunmalıdır ki, hazırda minalar və partlamamış hərbi sursatlarla bağlı ciddi təhlükə qalmaqda davam etdiyi üçün işğaldan azad edilmiş ərazilərə icazəsiz səfərlər qadağandır.

Səfərlərin təşkil ediləcəyi dəhliz Minatəmizləmə Agentliyi tərəfindən minalardan təmizlənsə də, digər ərazilərdə işlər hələ davam edir. Bunu nəzərə alaraq səfər iştirakçıları bütün qaydalara və göstərişlərə əməl etməlidirlər.

Qeyd olunanları nəzərə alaraq tezliklə təşkil olunacaq “Yolumuz Ağdama” adlı səfərlərin keçiriləcəyi tarix və şərtlər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

 

 
 
 
22 Noyabr 2024 “Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
15 Noyabr 2024 “Bunu etməklə COP prosesini pozmağa çalışırdınız”
14 Noyabr 2024 COP29 Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA
19 Fevral 2024 Azərbaycan və Türkiyə prezidentləri görüşdülət
16 Fevral 2024 Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…
12 Noyabr 2023 Kamaləddin Qafarov: “Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının aparıcı üzvüdür”
31 Oktyabr 2023 “Azəriqaz” şəhid anasının istəyini yerinə yetirdi - Video
28 Oktyabr 2023 Kamaləddin Qafarov: “Şərqi Zəngəzur cənnətə çevriləcək”
15 Oktyabr 2023 Kamaləddin Qafarov: “Prezidentimiz xalqın etimadını layiqincə doğruldur”
24 Sentyabr 2023 Kamaləddin Qafarov: “27 sentyabrla başlayan Qələbələrimiz davam edir”
23 Sentyabr 2023 120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib - RƏSMİ
23 Sentyabr 2023 Erməni əsilli vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə təminat veririk - Ombudsman
23 Sentyabr 2023 Ceyhun Bayramov İƏT və ASEAN XİN başçılarının XV Birgə İclasına sədrlik etdi - Foto
29 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan bu torpaqların əsl sahibinin kim olduğunu sübuta yetirdi”
06 Avqust 2023 Kamaləddin Qafarov: “Azərbaycan separatizmlə heç vaxt barışmayacaq”
29 İyul 2023 Kamaləddin Qafarov: “Azərbaycan-Çin münasibətləri möhkəm təməl üzərində qurulub”
31 May 2023 Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”
25 May 2023 İlham Əliyev Rusiyaya getdi
13 Aprel 2023 Kamaləddin Qafarov: “ Xalqlarımızı tarixi dostluq və qonşuluq münasibətləri birləşdirir”
02 Aprel 2023 Kamaləddin Qafarov: “Ulu Öndər ordumuzun formalaşmasına əvəzsiz töhfələr vermişdir”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov